Təqaüdə çıxmaq qərarına gələn Szczesny,”Barcelona” üçün qayıdır

Bakı, 25 sentyabr, Sporaz.tv

Juventus (Yuventus)-dan ayrıldıqdan sonra karyerasını bitirmək qərarına gələn Wojciech Szczesny, “Barcelona“ya qayıdır.

Sporaz.tv xəbər verir ki, “Barcelona”nın futbolçusu Ter Stegen, “Villarreal” matçında zədələndikdən sonra, mövsümü başa vurduğunu açıqlayıb.

Kataloniya nəhəngi, Ter Stegenin yoxluğunda komandanın qapısını əmanət etmək üçün Juventus (Yuventus)-dan ayrıldıqdan sonra təqaüdə çıxmaq qərarına gələn Wojciech Szczesnynin yanına gedib.

Polşalı qolkiper mövsümün sonuna qədər qüvvədə olacaq müqaviləni qəbul edib. Wojciech Szczesny, tezliklə “Barcelona” ilə müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.

Leave a Reply