Təmsilçimiz xaricdə birinci yer tutdu

Bakı , 2 may , sporaz.tv

EFA(Europian Football Academy)nin U-11 komandası Gürcüstanda keçirilən “Shota Cup” turnirində birinci yer tutub.

Sporaz.tv xəbər verir , Gürcüstanın Batum şəhərində keçirilən turnirə müxtəlif ölkələrdən 16 komanda qatılıb. Təmsilçimiz “Silver Leauge”da çıxış edərək birinci yeri tutub.

Qələbə münasibətilə baş məşqçi Tağı Məmmədov və komandanın bütün üzvlərini təbrik edirik, uğurlarının davamını diləyirik.

Bahar Rüstəm