Təmsilçimiz futbolçusu ilə yollarını ayırıb

Bakı, 30 avqust, Sporaz.tv

Neftçi” futbolçusu Lucas Melano ilə yollarını ayırıb.

Klubdan milli mediaya verilən məlumata görə, argentinalı oyunçu ilə müqavilə şərtləri qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında transfer olunmuş Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirib.

Mənbə:Report