Təmsilçimiz Çempionlar Liqasının oyununa təyinat alıb

Bakı, 5 avqust, Sporaz.tv

Azərbaycanın UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Sporaz.tv AZƏRTAC -a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) – “Union” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.