Szymanskidən “O, qol vura bilmir” tənqidinə aydın cavab

Bakı, 23 oktyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin futbolçusu Sebastian Szymanski, sabah keçiriləcək “Manchester United”(Mançester Yunayted) matçı öncəsi açıqlama verib. Polşalı futbolçu bu mövsüm daha az xal qazanması ilə bağlı: “Bunu sistemin və ya məşqçinin nəticəsi kimi görmürəm”- dedi.

Sporaz.tv məlumat verir ki, Sebastian Szymanski UEFA Avropa Liqasının 3-cü həftəsində “Manchester United“-lə qarşılaşacaq “Fenerbahçe” ilə bağlı açıqlama verib.

Szymanski açıqlamasında: “Sabah vacib oyuna çıxacağıq. Məqsədimiz 3 xalla ayrılmaqdır. Açığı, bunlar futbolçuların başına gələ biləcək şeylərdir. Bəzən qol vurursan, bəzən vurmaya da bilərsən. Mən bunu sistemin və ya məşqçinin nəticəsi olaraq görmürəm, mənim üçün qol vurmaq ya da vurmamaq çox önəmli deyil, önəmli olan komandanın qazanmasıdır. Asistlər və qollar önəmlidir. Amma ən önəmlisi 3 xaldır” “Fenerbahçe” olaraq motivasiyamız hər matçda olduğu kimidir. Samsundakı heç-heçə bizi üzdü, amma biz “Manchester United”i- məğlub etmək istəyirik. Baxaq, həmin püşkatmadan sonra necə cavab verəcəyik. Əminəm ki, meydanda yaxşı çıxış edəcəyik.”-deyə bildirib.