Szymanskidən Mourinho sualına maraqlı cavab

Bakı, 24 iyul, Sporaz.tv

Fenerbahçe (Fənərbağça)-nın uğurlu futbolçusu Sebastian Szymanski, Lugano matçından sonra açıqlama verib. Szymanski, fasilədə Jose Mourinhonun komanda qarşısında çıxışı ilə bağlı verilən suala diqqətçəkən cavab verib.

Sporazş.tv xəbər verir ki, Sebastian Szymanski, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Fenerbahçe (Fənərbağça)-nın “Lugano” ilə oyunundan sonra danışıb. 4-3 hesablı qələbəni dəyərləndirən uğurlu futbolçu, Mourinho sualına verdiyi cavabla diqqət çəkib.

Qarşılaşmanın asan olmadığını deyən Szymanski, “Bunu nəticədən də görə bilərik. İlk rəsmi matçımız idi. Bəzi dostlarımız gec qoşuldu. Zamanla yaxşılaşacağıq. Nəticədən razıyıq. İndi biz ev oyununa baxacağıq”.

Szymanski, Jose Mourinhonun fasilədə komanda qarşısında çıxışı ilə bağlı suala belə cavab verib:

“Nə danışıldığını deyə bilmərəm. Bu, bizim sirrimizdir. Bunu ictimailəşdirə, məşqçimizə hörmətsizlik edə bilmərəm. Məşqçimiz bunu demək istəsə, özü deyə bilər. Amma bunu deyim ki, onun dedikləri bizə kömək etdi”.