Szymanski üçün rekord təklif

Bakı, 20 avqust, Sporaz.tv

NapoliSebastian Szymanski üçün böyük təkliflə “Fenerbahçe“nin qapısını döyməyə hazırlaşır. İtaliya komandasının çalışdırıcısı Antonio Contenin polşalı ulduzu çox istədiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, “Napoli” növbəti dəfə “Fenerbahçe”nin polşalı futbolçusu Sebastyan Szymanski ilə oyuna çıxıb.

Szymanski üçün daha əvvəl 25 milyon avro ödəyən “Napoli”nin təklifini artırmağa hazır olduğu bildirilib.

İtaliya komandası “Napoli”nin baş məşqçisi Contenin komandasında görmək istədiyi Szymanski üçün 30 milyon avroya qədər təklif edə bilər.

Ferdi Kadıoğlunun satışının gündəmdə olduğu bir mühitdə Jose Mourinhonun Szymanskini itirmək istəmədiyi və transferə yaşıl işıq yandırmayacağı bildirilib.

Szymanski bu mövsüm 6 matçda “Fenerbahçe”nin formasını geyinib. 25 yaşlı futbolçu bu matçlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm