Szymanski komanda yoldaşının Mourinho haqqında dediklərini açıqlayıb

Bakı,11 iyun,Sporaz.tv

AVRO-2024 öncəsi son hazırlıq oyununda Polşa, Türkiyə millisini 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra “Fenerbahçe“da çıxış edən polşalı futbolçu Sebastian Szymanski açıqlama verib. Szymanski çıxışına yeni baş məşqçisi Jose Mourinhonu da daxil edib. Polşalı futbolçu “Roma”da çıxış edən millidəki dostu Zalewskinin portuqaliyalı çalışdırıcı haqqında dediklərindən danışıb.

Sporaz.tv xəbər verir ki, Türkiyə millisinə qalib gəldikləri yoldaşlıq görüşündən sonra Sebastian Szymanski həm oyunu dəyərləndirib, həm də Joze Mourinyo haqda açıqlamalar verib.

Szymanski açıqlamasında “AVRO-2024-ə hazırıq. Komanda olaraq yaxşı hazırlaşdığımızı düşünürəm. Bu yoldaşlıq oyununda da yaxşı oynadığımızı düşünürəm. Komanda olaraq yaxşı səviyyədəyik. Ümid edirəm ki, bizim turnirdəki ilk matç, Türkiyə ilə oynadığımız son iki yoldaşlıq matçı kimi olacaq” dedi.

Szymanski Jose Mourinho ilə bağlı “Jose Mourinho Türkiyə futboluna çox yaraşacaq. Onunla işləməkdən çox məmnunam. Tezliklə üz-üzə görüşəcəyik. Ümid edirəm ki, yaxşı işlər görəcəyik. Hələ üz-üzə görüşən komanda yoldaşım Zalewski, Mourinyonun çox yaxşı olduğunu söylədi” deyib.

Bahar Rüstəm