Szczesny, “Al Nassr”lə razılığa gəlib

Bakı, 24 iyun, Sporaz.tv

Səudiyyə Ərəbistanına ulduz futbolçuların axını davam edir.Juventus (Yuventus)-un təcrübəli qapıçısı Wojciech Szczesny, Cristiano Ronaldonun oynadığı klub olan “Al Nassr“la prinsipial razılığa gəlib.

Sporaz.tv xəbər verir ki,Torino komandasının qapıçısı Wojciech Szczesny karyerasında yeni səhifə açmağa hazırlaşır.

Tuttosport qəzeti 34 yaşlı qolkiperin Cristiano Ronaldonun da çıxış etdiyi Səudiyyə Ərəbistanının “Al Nassr” komandası ilə müqavilə imzaladığını açıqlayıb.

Qəzet, tərəflər arasında ilk görüşlərdə Juventus (Yuventus)-dan ayrılmaq istəməyən polşalı qolkiperin böyük maaşla razılaşdırıldığını yazıb. İddiaya görə, Ər-Riyad komandasının iki illik təklifini qəbul edən Szczesny, illik 19 milyon avro qazanacaq.

Juventus (Yuventus)-la daha bir il müqaviləsi olan təcrübəli qapıçı üçün “Al Nassr”, İtaliya klubuna 4 milyon avro ödəyəcək.

Təcrübəli qolkiperin transferinin bir neçə gün ərzində açıqlanacağı gözlənilir. Wojciech Szczesny ötən mövsüm Juventus (Yuventus)-un heyətində keçirdiyi 37 matçın 15-də qapını təmiz saxlayıb.