Sven-Goran Eriksson dünyasını dəyişib

Bakı, 26 avqust, Sporaz.tv

İsveç millisinin baş məşqçisi Sven-Goran Eriksson 76 yaşında dünyasını dəyişib.

Sporaz.tv xəbər verir ki, uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Sven-Goran Eriksson vəfat edib.

Eriksson bu ilin əvvəlində xərçəng xəstəliyinə tutulduğunu açıqlamışdı.

Daha əvvəl Benfica, Roma, Fiorentina, LazioManchester City (Mançester Siti) kimi Avropanın önəmli komandalarını çalışdıran isveçli məşqçi, İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarda da fəaliyyət göstərib.

Eriksson, sonuncu dəfə 2022-ci ilin dekabrında İsveçin 3-cü liqa komandası İF Karlstadda idman direktoru vəzifəsində çalışmağa başlayıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.