Superliqanın iki nəhəngindən “İnter”in hücumçusuna təklif

Bakı, 2 avqust, Sporaz.tv

İnter“də dördüncü mərkəz hücumçusu mövqeyinə düşən və yeni mövsümdə oynamaq şansı tapmaqda çətinlik çəkən Marko Arnautovicə Superliqanın iki komandasından transfer təklifi gəldiyi iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, İtaliya təmsilçisində “İnter”də çıxış edən avstriyalı mərkəz hücumçusu Marko Arnautovicin, gələcəyi qeyri-müəyyən qalsa da, təcrübəli hücumçu ilə “Beşiktaş” və “Trabzonspor“un maraqlandığı iddia edilir.

Marcus Thuram, Lautaro Martinez və yeni transfer edilən Mehdi Taremidən sonra A Seriya komandasının hücum xəttində 4-cü varianta çevrilən Arnautovicə Super Liqadan iki transfer təklifi gəlib.

Xəbərdə 35 yaşlı futbolçunun “Beşiktaş” və “Trabzonspor”dan gələn təklifləri maraqlı görmədiyi üçün rədd etdiyi bildirilib.

“İnter”lə daha bir il müqaviləsi olan avstriyalı futbolçunun, komandasında qalıb forma uğrunda mübarizə aparmaq istədiyi bildirilib.

“İnter”in futbolçusu Taremi əzələ zədəsi səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Argentina Milli Komandası ilə Amerika Kubokunu qazanan Martinez hələ məzuniyyətdən qayıtmadığı üçün liqanın ilk həftələrində fiziki cəhətdən hazır olmaya bilər. Bu vəziyyəti nəzərə alan Marko Arnautovic bu dövrdə oynamaq şansı əldə edərək özünü yenidən sübut etməyi hədəfləyir.