Superliqanın ən bahalı transferləri

Bakı, 5 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)ın Gabriel Sara transferindən sonra Superliqa tarixinin ən bahalı transferləri yenidən gündəmə gəlib. Siyahıda yer alan ilk 5 transferdən 4-nün son bir ildə reallaşması diqqətçəkəndi.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe“nin futbolçusu Youssef En-Nesyrinin və “Galatasaray”ın futbolçusu Gabriel Saranın transferlərindən sonra Superliqanın ən bahalı transferləri yenidən gündəmə gəlib.

Super Liqa tarixinin ən bahalı 10 transferini təqdim edirik:

10- Al-Musrati (Beşiktaş): 11 milyon avro

9- Bruma (Galatasaray): 13 milyon avro

8- Emmanuel Emenike (Fenerbahçe): 13 milyon avro

7- Mbaye Diagne (Galatasaray): 13 milyon avro

6- Dani Güiza (Fenerbahçe): 14 milyon avro

5- Nicolo Zaniolo (Galatasaray): 15 milyon avro

4- Cengiz Ünder (Fenerbahçe): 15 milyon avro

3- Jardel (Galatasaray): 17,05 milyon avro

2- Gabriel Sara (Galatasaray): 18 milyon avro

1- Youssef En-Nesyri (Fenerbahçe): 19,5 milyon avro