Superliqada “yerli” ənənə bir daha pozulmayacaq

Bakı, 3 may, Sporaz.tv

Son 4 həftəyə qədəm qoyan Trendyol Super Liqasında bu mövsüm yerli məşqçilərin çempion olması ənənəsi dəyişməyəcək. Liqada çempionluq qazanan son əcnəbi məşqçi “Fenerbahçe”(Fənərbaxça) ilə xoşbəxt sonluq yaşayan braziliyalı Ziko olub.

Sporaz.tv xəbər verir ki,  lider “Galatasaray”(Qalatasaray) Superliqanın 34-cü həftəsini 93 xalla lider olaraq qapayıb. Sarı-qırmızılıları 89 xalla Fənərbaxça təqib edib. İki komandanın rəqibləri ilə çox ciddi xal fərqinin olduğu liqada çempionluq düyünü son həftələrə qalıb.

“Galatasaray”(Qalatasaray)ın çox ciddi xal üstünlüyü ilə girdiyi son turda Fənərbaxça da iddiasını qorumaq üçün mübarizə aparacaq. Sarı-qırmızılıların başında Okan Buruk, sarı-göylülərin başında isə İsmail Kartal olduğu halda, nəticə nə olursa olsun, Türkiyə məşqçilərinin son 16 mövsümdə Super Liqada çempionluq ənənəsi dəyişməyəcək.

2007-2008-ci il mövsümündən bəri liqada olduğu kimi, yerli məşqçi komandasını 17-ci dəfə çempionluğa aparacaq. Mövsümün sonunda kubokun İstanbulun hansı tərəfinə keçməsindən asılı olmayaraq, yerli məşqçilərin Türkiyə futbolunda qazandığı uğurlara bir yenisi əlavə olunacaq.

Vüqar Alışov