Bakı, 8 avqust, Sporaz.tv
Super Liqada sabah keçiriləcək Galatasaray (Qalatasaray) – “Hatayspor” qarşılaşması ilə başlayacaq 2024-2025 mövsümünün ilk həftə matçlarında fit çalacaq hakimlər bəlli olub.
Sporaz.tv xəbər verir ki, Super Liqada 2024-2025 mövsümü sabah keçiriləcək “Galatasaray” – “Hatayspor” oyunu ilə başlayır. Qarşılaşmalardan əvvəl TFF matçlarda iştirak edəcək hakimləri açıqlayıb.
Superliqanın ilk həftəsində iştirak edəcək hakimlər aşağıdakılardır:
Galatasaray-Hatayspor: Turgut Doman
Kasımpaşa-Konyaspor: Muhammet Ali Metoğlu
Antalyaspor-Göztepe: Zorbay Küçük
Fenerbahçe-Adana Demirspor: Atilla Karaoğlan
Sivasspor-Trabzonspor: Cihan Aydın
Alanyaspor-Eyüpspor: Oğuzhan Çakır
Samsunspor-Beşiktaş: Ali Şansalan
Çaykur Rizespor-Başakşehir: Direnç Tonusluoğlu
Bodrum FK-Gaziantep FK: Mehmet Türkmen