Superliqada hakimə hücum

Bakı, 26 avqust, Sporaz.tv

Superliqanın 3-cü həftəsində “Antalyaspor” səfərdə “Hatayspor“a 2:0 hesabı ilə məğlub olduğu oyunda ,geri dönüş edərək 3:2 hesabı ilə qalib gəlib. Yayımçı matçın fasiləsində baş verənlərlə bağlı diqqətçəkən məlumatlar paylaşılıb.

Sporaz.tv xəbər verir ki, Superliqanın 3-cü həftəsində “Hatayspor”la qarşılaşan “Antalyaspor” 2 top fərqi ilə geri qaldığı matçın gedişatını dəyişərək, 3:2 hesabı ilə qalib gəlib. Yayımçının verdiyi məlumata görə, matçın fasiləsində “Antalyaspor” cəbhəsi ilə matçın baş hakimi Atilla Karaoğlan arasında gərginlik yaşanıb.

“beIN Sports”da yayımlanan Score proqramının aparıcısı Cihan Erduran açıqlamasında bunları deyib:

“Fasildə “Antalyaspor” prezidenti cənab Sinan Boztepe ilə matçın baş hakimi Atilla Karaoğlan arasında görüş keçirildi. Cənab Karaoğlanın o bəy tərəfindən itələndiyi bir görüntü də var, amma mən bu görüntünü sizə ancaq izah edə bilirəm. Çünki liqamızın marka dəyərini itirmək istəmədiyimizə görə bu görüntüləri sizinlə paylaşmırıq. Dəyərləndirməni xalqın ixtiyarına buraxırıq”.

Bahar Rüstəm