Superliqada çempion bu həftə müəyyənləşə bilər

Bakı, 17 may, Sporaz.tv

Trendyol Superliqasının 37-ci həftəsində  “Fenerbahçe”(Fənərbaxça)nı qəbul edəcək lider Galatasaray(Qalatasaray) əzəli rəqibindən 1 xal alacağı təqdirdə 24-cü çempionluğunu elan edəcək. Liqada oynadığı 36 matçda 99 xal toplayan Qalatasaray, son 2 həftəyə 6 xallıq fərqlə girən Fənərbaxçanı qabaqlayır.

Sporaz.tv xəbər verir ki, Okan Burukun yetirmələri bazar günü axşam azarkeşləri önündə “Fənərbağça”ya uduzmasalar, 24-cü çempionluğa yüksələcəklər.

“Fenerbahçe”(Fənərbaxça)nın çempion olması üçün son 2 matçda “Qalatasaray” və “İstanbulspor”u məğlub etməli, sarı-qırmızılı rəqibi isə son həftədə səfərdə “TÜMOSAN Konyaspor”u məğlub etməlidir.

Vüqar ALIŞOV