Superkubokda tribunaların bölgüsü açıqlanıb

Bakı, 23 iyul, Sporaz.tv

Beşiktaş” və “Galatasaray“ın üz-üzə gələcəyi Superkubokda tribunaların bölgüsü müəyyənləşib. Beşiktaş azarkeşləri Şərq və Şimal tribunalarında, Galatasaray azarkeşləri Qərb və Cənub tribunalarında olacaq.

Sporaz.tv məlumat verir ki, ötən mövsümün çempionu Galatasaray və Super Liqada Ziraat Türkiyə Kubokunun çempionu “Beşiktaş” , superkubokda qarşılaşacaqlar.

Tribunalar avqustun 3-də Atatürk Olimpiya Stadionunda oynanılacaq final matçından əvvəl paylanıb.

Beşiktaş tərəfdarları, Super Kubok finalında Şərq və Şimal tribunalarında olacaq. Galatasaray tərəfdarları, matçı Qərb və Cənub tribunalarından izləyəcək.