Superkuboka saatlar qalmış Real Madrid üçün pis xəbər

Bakı, 14 avqust, Sporaz.tv

Eduardo Camavinga, zədə səbəbindən UEFA Superkubokunda “Real Madrid“in “Atalanta“ya qarşı matçında meydana çıxa bilməyəcək.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının çempionu “Real Madrid” və Avropa Liqasının çempionu “Atalanta” bu gün Polşada üz-üzə gələcək.

Polşanın paytaxtı Varşavanın “Narodowy” stadionunda oynanılacaq qarşılaşma saat 23:00-da başlayacaq.

Dünən oyun öncəsi son məşqinə çıxan “Real Madrid”də Eduardo Camavinga zədələnib.

Real Madrid, məşqdə yerdə qalan Camavinqa ilə bağlı bu gün açıqlama yayıb.

Klubdan verilən açıqlamada, Eduardo Camavinganın sol dizinin daxili yan bağında qırılma aşkarlandığı bildirilib.

Kamavinqa zədə səbəbindən “Atalanta”ya qarşı oynaya bilməyəcək.

İspaniya mətbuatında yer alan xəbərlərdə Camavinganın zədəsi səbəbindən uzun müddət oynaya bilməyəcəyi qeyd edilib.

Camavinganın ən azı 6-7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.