Super Liqadan Oxlade-Chamberlain üçün sürpriz talib

Bakı, 10 sentyabr, Sporaz.tv

Vincent Aboubakarın “Hatayspor”a göndərilməsindən sonra daha bir ayrılıq “Beşiktaş”ın qapısındadır. “Qara-ağlar”da Alex Oxlade-Chamberlain üçün sürpriz bir talib çıxdı.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”da heyətdə düşünülməyən futbolçular arasında Oxlade-Chamberlain də var. 3 fərqli komandadan təklif alsa da, ingilis futbolçu onları qəbul etməsə də, Superliqadan taliblər var idi.

Transfer üçün işə başlayan “Eyüpspor” futbolçu ilə müqavilə imzalamağa yaxındır. Digər tərəfdən, Beşiktaşdakı Amarteyin Kasımpaşa ilə danışıqlarını davam etdirdiyi bildirilirdi.

Oxlade-Chamberlain “Beşiktaş”ın heyətində 30 oyun keçirib. 31 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply