Super Liqada 15 komanda PFDK-ya göndərildi

Bakı, 30 may, Sporaz.tv

Türkiyə Futbol Federasiyası (TFF) Hüquq Məsləhətçisi Super Liqanın 15 klubunu Peşəkar Futbol İntizam Şurasına (PFDK) yönləndirib.

Sporaz.tv xəbər verir ki, TFF-dən verilən açıqlamada, liqanın 38-ci və son həftəsində oynanan matçlarda müxtəlif intizam pozuntularına görə, “Galatasaray”, “Fenerbahçe”, “Beşiktaş”, “Alanyaspor”, “Antalyaspor”, “Sivasspor”, “Kayserispor”, “Fatih Karagümrük”, “Samsunspor”, “Konyaspor”, “Pendikspor”, “Kasımpaşa”, “Ankaragücü”, “Hatayspor” və “Rizespor”u intizama göndərildiyi bildirilib.

“İstanbulspor” klubunun prezidenti Ecmel Faiq Sarıalioğlu və “Samsunspor”un futbolçusu Yunus Emre Çiftin də müxtəlif səbəblərdən PFDK-ya göndərildiyi bildirilib.

Bahar Rüstəm