Super Liqa nəhəngi Levandovski ilə maraqlanır

Bakı , 2 may , Sporaz.tv

Türkiyəyə gedən yol “Barselona“nın polşalı ulduzu Levandovski üçün göründü.

Sporaz.tv xəbər verir ki ,”Beşiktaş“ın prezidenti Həsən Arat Levandovski üçün hərəkətə keçib,

Maddi cəhətdən çətin transfer kimi görünsə də, “Beşiktaş” bu məsələdə çalışacaq. Ernest Muçinin transferində Polşa prezidenti Anjey Dudadan dəstək alan prezident Həsən Aratın fürsət yaranarsa bu dəfə yaxın münasibətlərindən Levandovski üçün istifadə edəcəyi vurğulanıb.

2 il əvvəl “Bavariya”dan 45 milyon avroya “Barselona”ya transfer olunan Levandovskinin illik maaşı vergilər daxil olmaqla 27 milyon avro civarındadır…
Leva bu mövsüm 44 matçda 23 qol və 9 məhsuldar ötürmə əldə etsə də, İspaniya mətbuatı “Barselona”nın yüksək maaş yükü səbəbindən mövsümün sonunda polşalı hücumçu ilə yollarını ayıra biləcəyini yazır…

Bahar Rüstəm