“Sumqayıt”ın Konfrans Liqasındakı rəqibi Türkiyə klubu ilə qarşılaşıb

Bakı, 17 iyul, Sporaz.tv

Sumqayıt“ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar” daha bir yoxlama matçı keçirib.

Sporaz.tv xəbər verir ki, Székesfehérvár klubu Türkiyə təmsilçisi “Göztepe” ilə qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, “Sumqayıt” da dünən yoxlama görüşündə Türkiyə təmsilçisi “Adana Dəmirspor”la 2:2 hesablı heç-heçəyə razılaşıb.

Samir Abasovun rəhbərlik etdiyi klub “Fehervar”la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.