“Sumqayıt” qapıçısı ilə ilə yollarını ayırıb

Bakı, 3 iyun, Sporaz.tv

Sumqayıt” klubu qapıçısı Orxan Sadıqlı ilə yollarını ayırıb.

Sporaz.tv məlumat verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Orxan Sadıqlı 2023-cü ildən “Sumqayıt“da çıxış edib.