”Sumqayıt”- “Orenburg” qarşılaşmasının keçirilmə vaxtı bəlli oldu

Bakı, 6 iyul , Sporaz.tv

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın “Kızılcahamam (Qızılcahamam)” bölgəsində davam etdirən “Sumqayıt” klubunun Rusiya təmsilçisi “Orenburg (Orenburq)” ilə matçının vaxtı müəyyənləşib.

Sporaz.tv yerli klubun rəsmi sosial şəbəkə hesabına istinadən xəbər verir ki, qarşılaşma sabah “Kızılcahamam (Qızılcahamam)” stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, “SumqayıtUEFA Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda baş tutacaq.