Bakı, 12 iyun, Sporaz.tv
Qadın Voleybol Milli Komandası Honq Konqda keçirilən FIVB Millətlər Liqasının üçüncü həftəsində ilk oyununda Taylandı 3:0 hesabı ilə məğlub edib.
Sporaz.tv xəbər verir ki, “Filenin sultanları” təşkilatın ilk 2 həftəsində 8 yarışda 6 qələbə qazanıb. Millilər Tayland matçında qalib gələrək qələbələrinin sayını 7-yə yüksəldib.
Üç həftədən sonra FIVB Millətlər Liqasında ən yaxşı 8 komanda finalda mübarizə aparacaq.
Milli Qadın Voleybol Komandası FIVB Millətlər Liqasının üçüncü həftəsində ikinci matçını sabah CET 15.30-da Dominikan Respublikasına qarşı keçirəcək.
Məkan: Hong Kong Coliseum
Hakimlər: Joo-Hee Kanq (Cənubi Koreya), Stefano Çezare (İtaliya)
Türkiyə: Eda Erdem Dündar, Elif Şahin, Ebrar Karakurt, Aslı Kalaç, Melissa Vargas, Hande Baladın (Simge Aköz, Ayça Aykaç Altıntaş, Derya Cebecioğlu, Cansu Özbay)
Tayland: Natthanicha, Chatchu-On, Thatdao, Pimpichaya, Wipawee, Hattaya (Piyanut, Kongyot, Thanacha, Sasipapron, Sangthong, Donphon, Wimonrat)
Müddət: 60 dəqiqə