Steven Caulker Türkiyəyə qayıdır

Bakı, 29 iyul, Sporaz.tv

Türkiyədə “Alanyaspor“, “Fenerbahçe“, “Gaziantep FK” və “Fatih Karagümrük” klublarında çıxış edən Steven Caulker sürpriz transfer edib. İngiltərə və İspaniya macəralarından sonra Türkiyəyə qayıdan 32 yaşlı futbolçunun yeni ünvanı “Keçiörengücü” olub.

Sporaz.tv xəbər verir ki, 2022-ci ildə “Fenerbahçe”yə keçəcəyi gözlənilən Steven Caulkerin yeni ünvanı sürpriz olub.

Steven Caulker 1-ci Liqa təmsilçisi “Keçiörengücü” ilə rəsmi müqavilə imzalayıb. 32 yaşlı futbolçu üçün edilən açıqlamada “Keçiörengücü” Steven Caulkerlə anlaşıb. Steveni klubumuzda salamlayır, “bənövşəyi-ağ” formamızın altında ona böyük uğurlar arzulayırıq” ifadələrdən istifadə olundu.

Bahar Rüstəm