Stefan Savic kimdir?

Bakı, 19 iyul, Sporaz.tv

Stefan Savicin “Trabzonspor”un gündəmində olduğu iddia edilsə də, futbolçunun karyerası maraq doğurur.

Sporaz.tv xəbər verir ki, “Atletico Madrid“lə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq Monteneqrolu futbolçu güclü bədən quruluşu və mübariz tərəfi ilə tanınır. Sol müdafiəçi və sağ müdafiəçi kimi çıxış edən futbolçu Monteneqro yığması ilə 74 matçda meydana çıxıb. Futbolçu karyerası ərzində Çempionlar Liqasında 53 matçda iştirak edərkən, İspaniya və A Seriyasının önəmli komandalarında çıxış edib. Bəs Stefan Saviç kimdir, neçə yaşı var və hansı komandalarda çıxış edib?

Mərkəz müdafiəçisi transfer etmək istəyən tünd qırmızı komanda da Stefan Savic adı diqqət çəkib. Karyerasına 2007-2009-cu illər arasında FK  Brskovo infrastrukturunda başlayan futbolçu, 2010-11 mövsümündə 300 min avroluq transfer qarşılığında “Partizan”a keçib.

“Partizan”da uğurlu çıxışı ilə diqqət çəkən Savic, 2011-12 mövsümündə 12 milyon avro qarşılığında İngiltərənin nəhəng klubu Manchester City (Mançester Siti)-yə transfer olunub.

Futbolçu, 2012-13 mövsümündə karyerasını “Fiorentina”da davam etdirərkən, 15-16 mövsümündən İspaniyanın “Atletico Madrid” komandasında çıxış edir.

Stefan Savic, karyerasında 6 dəfə mövsümün oyunçusu seçilməklə yanaşı, Premyer Liqa çempionluğu, La Liqa kuboku, iki dəfə UEFA Super Kuboku və UEFA Avropa Liqasının da qalibi olub.

2024 mövsümündə “Atletico Madrid”lə 23 matçda 1631 dəqiqə meydanda olan futbolçu, ötən mövsüm Çempionlar Liqası, Kral Kuboku və Superkubok da daxil olmaqla, ümumilikdə 33 matçda forma geyə bilib.

Ümumi statistikaya görə, futbolçu, “Atletico Madrid”in heyətində 297 oyuna çıxıb, 3 qol vurub, 3 məhsuldar ötürmə edib.