Bakı,8 iyun, Sporaz.tv
İngiltərənin “Manchester City“(Mançester Siti) klubu qapıçısı Stefan Ortega ilə müqavilənin müddətini uzadıb.
Sporaz.tv xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, oyunçu 2022-ci ildə komandaya keçib. O, ötən mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub.
Mənbə: Report