“Stefan Ortega” klub ilə müqavilənin müddətini uzadıb

Bakı,8 iyun, Sporaz.tv

İngiltərənin “Manchester City“(Mançester Siti) klubu qapıçısı Stefan Ortega ilə müqavilənin müddətini uzadıb.

Sporaz.tv xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb.

31 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, oyunçu 2022-ci ildə komandaya keçib. O, ötən mövsüm bütün turnirlərdə 20 matçda meydanda olub.

Mənbə: Report