SSRİ-in idman ustası ürək çatışmazlığında vəfat edib

Bakı, 15 sentyabr, Sporaz.tv

SSRİ idman ustası Şahin Hüseynov dünyasını dəyişib.

Sporaz.tv “Report”-a istinadən məlumat verir ki, mərhum Rusiyanın Moskva şəhərində ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, əslən Cəlilabad rayonundan olan Ş.Hüseynov keçmiş SSRİ birinciliyinin mükafatçısı və I Qarabağ Müharibəsinin könüllü iştirakçısı olub.

Leave a Reply