Sövdələşmə 2,5 dəfə baha başa gəlir

Bakı, 20 noyabr, Sporaz.tv

Bu mövsüm “Galatasaray“(Qalatasaray)-dakı çıxışı ilə adından söz etdirən Yunus Akgün, yeni müqavilə imzalayır. Sarı-qırmızılıların 24 yaşlı futbolçu Türkiyə millisindən qayıdandan sonra onunla əyləşəcəyi bildirilib və onun alacağı məbləğlə bağlı da məlumat verilib.

Sporaz.tv məlumat verir ki, Kerem Aktürkoğlunun “Benfica“-ya getməsindən sonra daha tez-tez oynamaq şansı qazanmağa başlayan Yunus Akgün, sarı-qırmızılılarla yeni müqavilə imzalamaq üçün masaya oturur.

“Galatasaray”-ın 24 yaşlı futbolçu millidən qayıtdıqdan sonra onunla görüşəcəyi bildirilib. TRT Sporda yayımlanan xəbərdə Yunus Akgünün yeni maaşı ilə bağlı da məlumat verilib.

İllik 20 milyon lirə qazanan Yunus Akgünün alacağı yeni artımla maaşının 50 milyon lirəyə yüksələcəyi iddia edilib.

Yunus Akgün bu mövsüm “Galatasaray”-ın heyətində 16 oyun keçirib. Türkiyəli futbolçu bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Leave a Reply