Soucekin favoriti Portuqaliyadır

Bakı, 17 iyun, Sporaz.tv

Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda keçirilən mətbuat konfransına qatılan Soucek, “Portuqaliya təkcə qrupumuzun deyil, turnirin də favoritidir. Onlara qarşı diqqətli olmalıyıq. Onlar öz güclərini göstərdilər. Xüsusilə də Ronaldo haqqında danışsaq, o, hələ də böyük bir ulduzdur”. Eynilə, onlar təkcə bu iki oyunçuya aid deyil, həm də onların heyətinin daha da zənginləşdiyini bilirik”.

Sporaz.tv xəbər verir ki, Soucek Portuqaliya matçında qalib gələ biləcəklərinə inandığını ifadə edərək, “Bizim şansımızın olduğuna inanırıq. Futbolda qalib gəlmək üçün hər zaman şans var. Hər matç 0-0 başlayır. Qrupda hər xal vacibdir. Məqsədimiz Qrupdan çıxmaq üçün ilk dəqiqədən başımızı dik tutaraq turnirin ilk oyununa çıxmaqdır”.

Portuqaliyanın ulduz futbolçusu Cristiano Ronaldo ilə qarşılaşma boyu diqqətli olmaları lazım olduğunu bildirən 29 yaşlı oyunçu, “Onun keyfiyyətini və kifayət qədər yer verildikdə qol vura biləcəyini hamımız bilirik. Bir qarış belə boşluq buraxmamalıyıq. Onun üçün, xüsusən də rəqibi müdafiə addım-addım izləməliyik”.

Vüqar ALIŞOV