Son namizəd Razvan Lucescu

Bakı, 29 may, Sporaz.tv

Məşqçi siyahısında olan namizədlərlə təmaslarını davam etdirən “Beşiktaş“ın sonuncu dəfə Razvan Lucescu ilə görüşdüyü iddia edilib. Razvanın “Beşiktaş”da çalışmaqda maraqlı olduğu bildirilib.

Sporaz.tv xəbər verir ki, məşqçi axtarışlarını davam etdirən “Beşiktaş”ın gündəmində ən son Razvan Lucescu olub.
Daha əvvəl Nuri Şahin, Joze Mourinyo və Sergen Yalçınla əlaqə saxlayan “Beşiktaş” rəhbərliyi Razvan Lucescu üçün ilk addımını atıb.
“Beşiktaş” bu mövsüm PAOK-la çempionluq qazanan rumıniyalı çalışdırıcı ilə Yunanıstanda görüşüb.
Razvan Lucescunun “Beşiktaş”da işləməsinə müsbət yanaşdığı xəbərlərdə ətraflı yer alıb.
“Beşiktaş”ın Razvanla yanaşı, “PAOK” ilə də əlaqə saxladığı vurğulanıb.
Razvan Lucescu ötən həftə verdiyi açıqlamada müqaviləsində sərbəst qalma bəndinin olduğunu bildirmişdi.
55 yaşlı məşqçi sərbəst qalma müddəasının Avropa komandaları üçün 2 milyon avro, digər qitə klubları üçün isə 4 milyon avro olduğunu bildirib.
“PAOK”la 4 kubok qazanan Razvan Lucescunun məşqçilik karyerasında ümumilikdə 10 kuboku var.

Bahar Rüstəm