Son dəqiqələrin komandası: “Bayer Leverkusen”

Bakı,10 may, Sporaz.tv

Adını UEFA Avropa Liqasının finalına yazdıran Almaniyanın”Bayer Leverkusen”(Bayer Leverkuzen) komandasının uğurunda son dəqiqələrdə vurulan qolların böyük rolu olub. Leverkuzeni “son dəqiqələrin komandası” edən statistikanı təqdim edirik.

Sporaz.tv  xəbər verir ki,  Almaniya Bundesliqasında məğlubiyyətsiz çempion olan “Bayer Leverkuzen” uğurunu UEFA Avropa Liqasına daşıyıb.

Kubok-2 finalında adından söz etdirən Almaniya yığması Avropada keçirdiyi matçların son dəqiqələrində vurduğu qollarla diqqət çəkib. Leverkuzeni “son dəqiqələrin komandası” edən statistikanı təqdim edirik.

“Roma”nın öz meydanında cavab görüşündə vurduğu 2 qolla sarsılan Alonsonun yetirmələri 82-ci dəqiqədə və 90+7-ci dəqiqədə vurduqları qollarla hesabı 2-2 bərabərləşdirərək finalda “Atalanta”nın rəqibi olublar.

Vüqar ALIŞOV