Son 20 ilin ən dəyərli start 11-i açıqlanıb

Bakı, 13 noyabr, Sporaz.tv

Son 20 ilin bazar dəyərlərinə əsaslanan ən dəyərli ilk 11-lik açıqlanıb. 5 qat “Qızıl top” sahibi Cristiano Ronaldo siyahıda yer tapa bilməsə də, 200 milyon avroluq həddi aşan 3 futbolçu diqqət çəkib.

Sporaz.tv məlumat verir ki, futbolçuların karyeralarında ən yüksək bazar qiymətləri nəzərə alınmaqla, son 20 ilin ən dəyərli start 11-i seçilib. Kylian Mbappe bazar dəyəri 200 milyon avroya çatan ilk oyunçu, 2020-21 mövsümündə “Atletico Madrid” ilə çempionluq yaşamış Jan Oblak, isə bazar dəyəri 100 milyon avroya çatan ilk və yeganə qapıçı kimi tarixə düşüb.

Son 20 ilin ən dəyərli heyəti:

Qapıçı: Oblak Atletico Madrid – 100 milyon avro (2020-2021 sezonu)

Sağ cinah: Arnold – Liverpool-  110 milyon avro ( 2020-2021 sezonu)

Mərkəz müdafiəçisi: Van Dıjk – Liverpool – 100 milyon avro (2019-2020 sezonu)

Mərkəz müdafiəçisi: Varane – Real Madrid – 80 milyon avro (2018-2019 sezonu)

Sol cinah: Alphonso Davies – Bayern Münih – 80 milyon avro (2020-2021 sezonu)

Yarımmüdafiəçi: Jude Bellingham – Real Madrid – 180 milyon avro (2023-2024 sezonu)

Yarımmüdafiəçi: De Bruyne – Manchester City – 150 milyon avro (2018-2019 sezonu)

Sol cinah oyunçusu: Vinicius Junior – Real Madrid – 200 milyon avro ( 2024-2025 sezonu)

Sol cinah oyunçusu: Lionel Messi – Barcelona – 180 milyon avro (2018-2019 sezonu)

Hücumçu: Kylian Mbappe – Paris Saint Germain – 200 milyon avro ( 2018-2019 sezonu)

Hücumçu: Erling Haaland – Mancester City – 200 milyon avro (2024-2025 sezonu)

Leave a Reply