Son 16 turun həyəcanı başlayır

Bakı, 28 iyun, Sporaz.tv

Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO-2024) son 16 turunun oyunlarına sabah start veriləcək.

Sporaz.tv xəbər verir ki, A qrupunda Almaniya və İsveçrə, B qrupunda İspaniya və İtaliya, C qrupunda İngiltərə və Danimarka, D qrupunda Avstriya və Fransa, E qrupunda Rumıniya və Belçika, F qrupunda isə Portuqaliya və Türkiyə ilk ikinci sırada yer alaraq, adlarını son 16 tura yazdırıb.

Sloveniya, Hollandiya, Slovakiya və Gürcüstan da ilk 4 qrup üçüncü yerləri arasında yer alaraq son 16 tura vəsiqə qazanıblar.

Qalib komandanın 1/4 finala yüksələcəyi mərhələ sabah 2 yarışla başlayacaq. İsveçrə və İtaliya saat 20:00-da, Almaniya və Danimarka isə saat 23:00-da üz-üzə gələcək.

Türkiyə Milli komandası son 16 turda Avstriya ilə qarşılaşacaq.

F qrupuna Gürcüstan üzərində 3:1 hesablı qələbə ilə başlayan ay-ulduzlu komanda ikinci oyununda Portuqaliyaya 3:0 hesabı ilə uduzub. Türkiyə millisi qrupun son oyununda Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

Son 16 turun oyunları və oyun cədvəli belədir:

Şənbə, 29 iyun:

20:00 İsveçrə-İtaliya (Berlin Olimpiya Stadionu)

23:00 Almaniya-Danimarka (BVB Stadium-Dortmund)

Bazar, 30 iyun:

20:00 İngiltərə-Slovakiya (AufSchalke Arena-Gelsenkirchen)

23:00 İspaniya-Gürcüstan (Köln Stadionu)

Bazar ertəsi, 1 iyul:

20:00 Fransa-Belçika (Düsseldorf Arena)

23:00 Portuqaliya-Sloveniya (Frankfurt Arena)

Çərşənbə axşamı, 2 iyul:

20:00 Rumıniya-Hollandiya (Münhen Futbol Arenası)

23:00 Avstriya-Türkiyə (Leypsiq Stadionu)