Sol cinah transferi üçün “Beşiktaş”dan son gün transferi

Bakı, 13 sentyabr, Sporaz.tv

Beşiktaş“-ın “Milan“-ın sol cinah müdafiəçisi Fode Ballo-Toureni heyətinə qatmaq üçün İtaliya klubu ilə anlaşdığı və futbolçuya 3 illik müqavilə təklif etdiyi iddia edilirdi.

Spoaz.tv məlumat verir ki, transferin son günündə “Beşiktaş”-dan sürpriz hücum olub. “Ağ-qaralar”ın, “Milan”-ın heyətdə saymadığı seneqallı sol cinah müdafiəçisi Fode Ballo-Toureni istədiyi iddia edilirdi.

“Ağ-qaralar”, Ballo-Toureyə 3 illik müqavilə təklif edib.

“Milan”-ın keçidi təsdiqlədiyi bildirilərkən, 27 yaşlı futbolçunun bir neçə saat düşünmək istədiyi və son qərarını bu gün verəcəyi bildirilib.

“Milan”-la müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq Fode Ballo-Toure, ötən mövsümü icarə əsasında “Fulham“(Fulhem)-da keçirib.

İngiltərə yığmasında 8 oyun keçirən seneqallı futbolçu hesaba töhfə verə bilməyib və 224 dəqiqə meydanda qalıb.

Leave a Reply