Sol cinah müdafiəçisi üçün Jaouen Hadjam sürprizi

Bakı, 29 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray) matçlarında göstərdiyi performans ilə diqqət çəkən sol cinah müdafiəçisi Jaouen Hadjam üçün sürpriz transfer ehtimalı gündəmə gəlib. “Young Boys”(Yanq Boyz)-un gənc sol cinah müdafiəçisi Hadjam, Superliqaya yollana bilər.

Sporaz.tv məlumat verir ki, “Young Boys”-un gənc sol cinah müdafiəçisi Jaouen Hadjam, Çempionlar Liqasının pley-off mərhələsində “Galatasaray”la matçlardakı çıxışı ilə diqqət çəkib.

Fiziki quruluşu və sürəti ilə diqqət çəkən Jaouen Hadjam üçün sürpriz transfer xəbəri açıqlanıb.

21 yaşlı əlcəzairli sol cinah müdafiəçisi, “Galatasaray”ın gündəmində olub.

Sol cinah müdafiəsini gücləndirməyi planlaşdıran “Galatasaray”ın Jaouen Hadjamı da siyahısına əlavə etdiyi bildirilib.

“Young Boys”, 2023-24 mövsümünün ara transfer dövründə “Nantes“(Nant)-dən Jaouen Hadjamı 1,3 milyon avroya transfer edib.

21 yaşlı sol cinah müdafiəçisinin komandası ilə daha 4 illik müqaviləsi var.

Xəbərdə “Galatasaray”ın sol cinah müdafiəsi üçün digər namizədinin İsmail Jakobs olduğu geniş yer alıb.