Sofyan Amrabat transferlə bağlı qərarını verib

Bakı, 21 iyul, Sporaz.tv

Fiorentina”da çıxış edən Sofyan Amrabatın “Fenerbahçe ” və “Galatasaray”ın təkliflərini qəbul etmədiyi, mərakeşli futbolçunun karyerasını Premyer Liqada davam etdirmək istədiyi bildirilib.

 Sporaz.tv məlumat verir ki, İngiltərə Premyer Liqasında çıxış edən “Manchester United“də mövsümü başa vuran Sofyan Amrabat karyerasını İngiltərədə davam etdirmək istəyir.

İtaliya mətbuatı “La Gazetta della Sport”da yer alan xəbərə görə, Sofyan Amrabat “Fənərbaxça” və “Galatasaray”ın təkliflərini qəbul etməyib.

Amrabatın “Fiorentina”dan ayrılmağı planlaşdırdığı və karyerasını “Manchester United”də davam etdirmək istədiyi bildirilib.

Xəbərdə Sofyan Amrabatın müqaviləsindəki satın alma opsiyasının bu gün başa çatacağı qeyd edilib.

Bildirilib ki, Amrabatın müqaviləsindəki variant 20 milyon avrodur, lakin “Manchester United” transfer qiymətini azaltmaq üçün “Fiorentina” ilə danışıqlar apara bilər.

“Manchester United”də 30 oyun keçirən Amrabat heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib, FA Cup çempionluğunu qazanıb.