Sofyan Amrabat transferində yeni xəbərlər

Bakı, 9 avqust, Sporaz.tv

Transfer çalışmalarını davam etdirən “Fenerbahçe“də gündəmdə olan adlardan biri də Sofyan Amrabatdır. “Sarı-göylülər”in bir müddətdir əlaqə saxladığı təcrübəli yarımmüdafiəçidə yeni inkişaf olub.

Sporaz.tv xəbər verir ki, “La Nazione”nin xəbərinə görə, “Fiorentina” sabah “Freiburg”la yoldaşlıq oyunu öncəsi Sofyan Amrabatı Almaniyaya aparmayıb.

Sofyan Amrabatın transfer danışıqları ilə əlaqədar Florensiyada qaldığı bildirilib.

Qərarın baş məşqçi Raffaele Palladino ilə razılaşdırıldığı vurğulanıb.

Ötən mövsümü icarə əsasında “Manchester United”də keçirən Sofyan Amrabat “Fiorentina” ilə müqaviləsinin son ilinə qədəm qoyub.

Bahar Rüstəm