Sloveniyada İliçin sürprizi

Bakı, 22 may, Sporaz.tv

AVRO-2024-də iştirak edəcək komandalardan Sloveniya heyətini açıqlayıb. Heyətdə Superliqadan iki isim olduğu halda, iki ildən sonra Josip İliçiçin komandaya qayıtması sürpriz olub.

Sporaz.tv xəbər verir ki, 36 yaşlı təcrübəli hücumçu 2021-ci ilin noyabrından sonra ilk dəfə milliyə dəvət alıb.

Karyerasını Mariborda davam etdirən İliçiçin 79 milli matçda 16 qolu var. İliçiç ruhi problemlərə görə “Atalanta“dan ayrılaraq ölkəsinə qayıdıb. Maribor bu mövsüm liqanı ikinci yerdə başa vurub, İliçiçin liqada 8 qolu var. 



Baş məşqçi Kek 30 nəfərlik heyət müəyyənləşdirdi. Komandanı 4 nəfər tərk edəcək. Heyətdə “Fenerbahçe”(Fənərbaxça)dan Zayc və “Alanyaspor“dan Balkovec də var. 



Heyətdə diqqət çəkən digər isim isə Leypsiqdən Benjamin Seskodur. Seçmə mərhələlərdə 5 qol vuran Sesko ilə yanaşı, heyətdə daha bir önəmli ad “Atletiko Madrid”in təcrübəli qapıçısı 31 yaşlı Yan Oblakdır. 



C qrupunda Sloveniyanın rəqibləri Danimarka, Serbiya və İngiltərədir.

Vüqar ALIŞOV