Bakı, 16 iyun, Sporaz.tv
Futbol üzrə 2024-cü il Avropa Çempionatının (AVRO 2024) C qrupunda keçirilən oyunda Sloveniya və Danimarka 1:1 hesablı heç-heçə edib.
Sporaz.tv xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi turnirdə C qrupunda yer alan iki komanda ilk oyununu keçirib. Ştutqartdakı 51 min nəfərlik “Ştutqart Arena”da keçirilən qarşılaşma 1-1 hesabı ilə başa çatıb.
Sloveniya mübarizəyə; Oblak, Karnicnik, Drkusic, Bijol, Janza; Stojanovic, Elsnik, Gnezda Cerin, Mlakar; Sporar, Sesko bu 11 nəfərlə başladı.
Danimarka 17-ci dəqiqədə Christian Eriksen’in qolu ilə önə keçib – 1:0. Matçın ilk hissəsi bu hesabla başa çatıb.
Sloveniya 77-ci dəqiqədə Erik Janzanın qolu ilə hesabı bərabərləşdirib.
Qalan dəqiqələrdə başqa qol olmadığından görüş 1:1 hesabı ilə başa çatıb.
Vüqar ALIŞOV