“Slavia Praga” səfərdə qalib gəlib

Bakı, 26 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin UEFA Avropa Liqasındakı rəqibi “Slavia Prag”, səfərdə Bolqarıstanın “Ludogorets” komandasını 2:0 hesabı ilə məğlub edib.

Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının ilk həftə matçında Bolqarıstanın “Ludogorets“, komandası Çexiya təmsilçisi “Slavia Praga”-nı qəbul edib. “Gradski Dianko Stefanov” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Slavia Praga”ya qələbə qazandıran qolları 37-ci dəqiqədə Matej Jurasek və 65-ci dəqiqədə Mojmir Chytil vurub.

“Fenerbahçe”-nin Avropa Liqasındakı rəqibi “Slavia Praga”, turnirdə ikinci oyununda 3 oktyabr cümə axşamı günü Hollandiya təmsilçisi “Ajax”(Ayaks)-ı qəbul edəcək. Həmin gün “Ludogorets” Çexiyanın digər komandası “Victoriya Plzen”-i qəbul edəcək.

Leave a Reply