“Sivasspor”un yeni prezidenti bəlli olub

Bakı, 19 iyul, Sporaz.tv

TFF prezidenti seçilən İbrahim Hacıosmanoğlunun siyahısında olan “Sivasspor“un prezidenti Mecnun Otyakmaz vəzifəsindən istefa verdikdən sonra Bahattin Eken “Sivasspor”un prezidenti təyin edilib.

Sporaz.tv xəbər verir ki, Mehmet Büyükekşi ilə seçki yarışında qalib gələn İbrahim Hacıosmanoğlu TFF-nin yeni prezidenti olub. Hacıosmanoğlunun siyahısında olan “Sivasspor”un prezidenti Məcnun Otyakmaz TFF seçkilərində qalib gələrək “Sivasspor”dakı vəzifəsini tərk edib. Otyakmazın yerinə “Sivasspor”da oturacağın yeni sahibi bəlli olub.

“Sivasspor”dan verilən açıqlamada, “Klubumuzun prezidenti cənab Mecnun Otyakmazın Türkiyə Futbol Federasiyasının sədr müavini vəzifəsində çalışacağına görə, klub nizamnaməsinə uyğun olaraq, cənab Bahattin Eken “Sivasspor”un prezidenti vəzifəsinə təyin edilib və idarə heyətinin qərarı ilə Hörmətli Ekenin bu yeni vəzifəni uğurla yerinə yetirəcəyinə inanırıq. Yeni vəzifəsində böyük uğurlar” ifadələrdən istifadə edilmişdir.

Bahar Rüstəm