“Sivasspor”un rəqibi “Konyaspor”dur

Bakı, 26 aprel, Sporaz.tv

Trendyol Super Liqasının 34-cü həftəsində EMS Yapı Sivasspor sabah öz meydanında TÜMOSAN Konyaspor ilə qarşılaşacaq.

Sporaz.tv  xəbər verir ki,  BG Grup 4 Eylül Stadionunda oynanılacaq qarşılaşma saat 16.00-da başlayacaq. Qarşılaşmanı baş hakim Murat Ərdoğan idarə edəcək.

Liqanın geridə qalan hissəsində 11 qələbə, 12 heç-heçə və 10 məğlubiyyət olan qırmızı-ağlılar 45 xal toplayıb.

Qırmızı-ağlıların heyətində yarımmüdafiəçi Hakan Arslan “Konyaspor” matçı öncəsi zədələnib.

“Sivasspor”un futbolçusu Fode Koita və Uğur Çiftçi sarı vərəqə cəzalı olduğu üçün “Konyaspor” matçında meydana çıxa bilməyəcək.

Vüqar Alışov