“Sivasspor”un baş məşqçisi 1500 nəfəri məhkəməyə verib

Bakı,30 may,Sporaz.tv

Superliqa komandalarından “Sivasspor”un baş məşqçisi, Bülənt Uyğun, sosial şəbəkədə onu və ailəsini təhqir edən 1500 nəfəri məhkəməyə verib.

Sporaz.tv xəbər verir ki,Bülent Uyğun sosial mediada edilən söyüş və təhqirlərə biganə qala bilməyəcəyini ifadə edərək, “Söyüş söyürsənsə, onsuz da o xasiyyət və xaraktersizlik var. Ona görə də sənə deyəcək bir şey qalmayıb” reaksiyasını verib.

Sosial mediada özünə və ailəsinə qarşı edilən cinayət yazıları ilə bağlı qanuni tədbir gördüyünü izah edən Uyğun, “Biz bunları müəyyənləşdirdik və təxminən 1500 adamı məhkəməyə verdik. Məhkəmə, sayt sahibi və bu işi görənlərdən 150 min lirə, adi şəxslərdən 30 min lirə və əlavə olaraq 20 min lirə vəkillik haqqı ödəmək şərti ilə qazanılıb”. dedi.