Sivasspordan yeni mövsümün ilk transferi

Bakı,13 may,Sporaz.tv

Super Liqa təmsilçisi “Sivasspor” “Denizlispor“la müqaviləsini birtərəfli qaydada pozan 24 yaşlı mərkəz hücumçusu Bekir Turaç Böke ilə anlaşıb.

Sporaz.tv xəbər verir ki ,TFF 2-ci Liqada aşağı liqaya düşən “Dənizlispor”da bu mövsüm komandasının qol yükünü çiyninə alan Bekir Turaç Böke Super Liqa təmsilçisi “Sivasspor”la müqavilə imzalayıb.

Normalda mayın 31-də başa çatacaq müqaviləsinə aprelin 19-da Türkiyə Futbol Federasiyası vasitəsilə birtərəfli qaydada xitam verən 25 yaşlı futbolçu yeni mövsümdə Super Liqada çıxış edəcək.

Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir. Bekir Turaç 2-ci Liqada 28 matçda 15 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm