Sivasspor 57 illik ağrısını unutmadı

Bakı, 17 sentyabr, Sporaz.tv

Sivasspor” Klubu, 1967-ci ildə Kayseridə oynanılan matçda izdiham hadisələri nəticəsində həyatını itirən 43 nəfər üçün xatirə mesajı yayımladı.

Sporaz.tv xəbər verir ki, “Qırmızı-ağlılar” klubun sosial media hesabından edilən açıqlamada bu ifadələrdən istifadə edilib:

“17 sentyabr 1967-ci il tarixini unutmamışıq, unutmayacağıq. Türkiyə futbol tarixinin ən qara günlərindən biri kimi tanınan 1967-ci il sentyabrın 17-də “Kayserispor”la “Sivasspor” arasında baş verən hadisələrdə həyatını itirən azarkeşlərimizə Allahdan rəhmət, yaxınlarına başsağlığı veririk. Ruhları şad olsun”.

Bahar Rüstəm

Leave a Reply