Simon Kjaer, milli karyerasını başa vurur

Bakı, 23 avqust, Sporaz.tv

35 yaşlı danimarkalı müdafiəçi Simon Kjaer, millidəki karyerasını bitirdiyini açıqlayıb.

Sporaz.tv məlumat verir ki, bir müddət “Fenerbahçe“(Fənərbaxça)-da çıxış edən və son olaraq “Milan“da çıxış edən Simon Kjaer milli ilə vidalaşıb.

35 yaşlı təcrübəli müdafiəçi, sosial media hesabından verdiyi açıqlama ilə Danimarka Milli Komandası ilə vidalaşdığını açıqlayıb. Kjaer açıqlamasında, belə deyib: “15 ildən sonra Danimarka Milli Komandasından çıxmaq qərarına gəldim. Zamanlama doğru görünür, amma həm də bir az kədərlidir, çünki milli komanda mənim üçün çox şey deməkdir”. – dedi.

Simon Kjaer milli komanda karyerasında 132 matçda iştirak edib. Milli forma ilə Dünya Kuboku və Avropa Çempionatında da meydana çıxan Kjaer 5 qola imza atıb.