Simeone komandasında bu türk oyunçunu görmək istəyir

Bakı, 17 oktyabr, Sporaz.tv

“Benfica”nın (Benfika) türk futbolçusu Kerem Aktürkoğlu karyerasını “Atletico de Madrid“də (Atletiko Madrid) davam etdirə bilər.

Sporaz.tv xəbər verir ki, bu barədə “Diario Gol” məlumat yayıb. 

“Atletiko” qış transfer pəncərəsində heyətini gücləndirməkdə davam etdirir. İspaniya təmsilçisi bir neçə oyunçunu diqqət mərkəzində saxlayır. Onlardan biri də Kerem Aktürkoğludur. Madrid klubunun baş məşqçisi Diego Simeone (Dieqo Simeone) 26 yaşlı hücumçunun transferini istəyir. 

Qeyd edək ki, bu yay “Galatasaray”dan (Qalatasaray) “Benfica”ya (Benfika) transfer olunan Kerem Portuqaliya təmsilçisi ilə 5 oyun keçirib və bu oyunlarda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir.